Ağdaş sakini 300-dən çox lotereya bileti oğurladı

 16:13 15.06.2024     210

Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Ruslan Hacıyev saxlanılıb. Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.