Gəncədə 8-ci sinif şagirdi nişanlandı - valideynləri polisə çağırıldı

 13:51 15.06.2024     294

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Redaktor.az-a bildirib ki, Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunub.

Onun sözlərinə görə, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb:

"Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nigahın məsuliyyəti barədə məlumat verilib".