Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürdü
İsmayıllıda qadını elektrik cərəyanı vurub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.
Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G. Hüseynova hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır. ( APA)