Oğuzda avtomobil 53 yaşlı velosipedçini vurdu

 20:38 15.06.2024     240

Oğuzda velosipedçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki,hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Şirvanlı kənd sakini, 1971-ci il təvəllüdlü Rəhim Kərim oğlu Cəfərov velosipedlə hərəkətdə olarkən minik avtomobil onu vurub.

Ağır xəsarətlər alan 53 yaşlı R.Cəfərov əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)