Qayıqda yanğın oldu, xəsarət alanlar var

 22:45 15.06.2024     281

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

Redaktor.az xəbər verir ki, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)