Goranboyda soyğunçuluq edən şəxs saxlanıldı

 09:25 16.06.2024     370

Goranboyda soyğunçuluq edən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakini Elnur Qəhrəmanov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)