Avtomobillər toqquşdu - Yol kənarında dayanan şəxs xəsarət aldı

 11:29 16.06.2024     222

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb.

Belə ki, “NİSSAN” və “VAZ” markalı iki minik avtomobili toqquşub, hadisə zamanı avtomobillərdən biri yol kənarında dayanan 1979-cu il təvəllüdlü Davudov Qəhrəman Şamil oğlunu vurub.

45 yaşlı Q.Davudov bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. (Qafqazinfo)