Tanınmış jurnalist komaya düşdü – Vəziyyəti ağırdır – FOTO
Tanınmış jurnalist Sərxan Kamal komaya düşüb.
Redaktor.az metbuat.az-a istinadən xəbər verir ki, o, hazırda Xətai Tibb Mərkəzinə yerləşdirilib, komatoz vəziyyətdədir.
Onun insult keçirdiyi bildirilib. Vəziyyəti ağırdır.
Qeyd edək ki, Sərxan Kamal İTV-də redaktordur. O, daha əvvəl bir çox media qurumlarında çalışıb..