Beton panelin altında qalıb can verdi
Hacıqabul rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, Hacıqabul şəhərinin ərazisində şəhər sakini 1963-cü il təvəllüdlü Rahim Abı oğlu Abışov beton panelin altında qalaraq ölüb.
Belə ki, R.Abışov qohumu İlham Səttar oğlu Əliyevə məxsus iaşə obyektində söküntü işləri apararkən ehtiyatsızlıqdan üzərinə beton panelin düşməsi nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.