Sərxoş halda qayınanasını və qayınını söydü - Həbs edildi

 23:38 17.06.2024     215

Suraxanı rayonunda qayınanasını və qayınını yüksək səslə söyən kişi saxlanılıb.

Redaktor.az xəbər verir ki, 37 yaşlı Zaur Əkbərov Bülbülə qəsəbəsində yaşadığı evin həyətində həyat yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı qonşuların və yoldan keçənlərin eşidə biləcəyi şəkildə qayınanasını və qayınını söyüb.

Əraziyə gələn polis əməkdaşları Zauru bölməyə aparıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.

İnzibati xəta törədən şəxs məhkəmədə hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, əməlindən peşmanlığını bildirib.

Hakimin qərarı ilə Z.Əkbərova 10 sutka həbs cəzası verilib. (qafqazinfo)