Qəbirləri dağıdan şəxs həbs olundu

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıtmaqda şübhəli bilinən Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, o, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.