Dəhşətli qəzada 3 ölü 1 yaralı

 18:49 18.06.2024     248

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə yuvarlanaraq yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan Cəyli kənd sakinləri Xanalıyev Ceyhun Ağanəzər oğlu, Xanalıyev Toğrul Hikmət oğlu və Əhmədov Süleyman Qarakişi oğlu dünyasını dəyişib. Umudov Əflatun Əflan oğlu isə ağır bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.