2 yaşlı uşağın həyatını belə xilas etdilər - VİDEO

Yol polisi 2 yaşlı uşağın həyatını xilas edib.
Redaktor.az xəbər verir ki, Sumqayıt şəhərində övladının səhhətində ciddi problem yaranan vətəndaş yol polislərindən kömək istəyib.
Belə ki, şəhərin Koroğlu küçəsində xidmət aparan 99-YP-162 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilinə yaxınlaşan Ağdam rayon sakini İlham Əlizadə 2 yaşlı oğlu İmranın sudurğa keçirdiyini və təcili xəstəxanaya çatdırılmalı olduğunu bilidirib.
Polis avtomobili ilə qısa müddətdə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan azyaşlının həyatı xilas edilib.