Daşkəsəndə qayalıqdan yıxılan şəxs ağır xəsarətlər aldı

 20:29 18.06.2024     321

Daşkəsəndə kişi bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. Hündür qayalıqdan yıxılan şəxs ağır xəsarətlər alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Vəziyyəti ağır olan zərərçəkənin hansı səbəbdən qayalıqdan yıxıldığı isə hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)