Bakıda qadını maşın vurdu

Bakının Sabunçu rayonunda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Ağasiyeva Aygün Sultanəhməd qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.