Zaqatalada gənc oğlan çayda boğuldu

Zaqatalada 19 yaşlı gənc faciəvi şəkildə ölüb.
Redaktor.az xəbər verir ki, iyunun 18-də 2005-ci il təvəllüdlü Balakən rayonunun Talalar kənd sakini Əliyev Ülfət Elşad oğlu Zaqatala rayonunun Uzun Tala kəndində çayda çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.