Kürdəmirdə dəhşətli qəza - ölənlər var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Umudov Əflatun Əflan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəyli kəndi ərazisində aşıb.
Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb.
Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.
Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.
Sürücü Umudov Əflatun ağır vəziyyətdə Bakıya aparılıb.
Faktla bağlı araşdırma aparılır.