Daha iki nəfər suda boğulub öldü - FOTO

 15:31 19.06.2024     486

Cəlilabad rayon sakinləri bənddə çimərkən boğularaq ölüblər.

Redaktor.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Cəlilabad rayon Hamarqışlaq kəndi ərazisində yerləşən su bəndində baş verib.

Su bəndində boğulan şəxslərin cəsədləri sudan çıxarılıb.

Boğulan şəxslərin cəsədləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda boğulan şəxslərin kimliyi və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

22