Bakıda Doğum Evinin ərazisində yanğın var - YENİLƏNİB

 15:19 19.06.2024     579

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

Redaktor.az Report-a istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

FHN-dən verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.

***

15:12

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində yanğın başlayıb.

Redaktor.az Report-a istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib.