Doğum Evindəki yanğında xəsarət alan var? - RƏSMİ AÇIQLAMA

 17:14 19.06.2024     272

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla əlaqədar heç bir xəsarət qeydə alınmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb", -məlumatda vyrğulanıb.

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin ərazisində yanğın baş verib.