Minik maşını traktorla toqquşdu, 2 bacı yaralandı

 20:05 19.06.2024     343

Tovuzda minik maşını traktorla toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ- 21011 markalı avtomobil Belarus markalı traktoru ötmə əməliyyatını yerinə yetirərkən idarə etməni itirib. Nəticədə nəqliyyat yol kənarındakı işıq dirəyinə çırpılıb. VAZ -21011-də olan sərnişinlər, Hunanlar kənd sakinləri 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alaraq Tovuz  Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

Vumart və Güvən reklamı Vumart Güvən