Füzuli-Ağdam yolunda ağır qəza - 2 nəfər öldü

 21:25 19.06.2024     255

Füzuli-Ağdam yolunda ağır qəza baş verib.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.