Şəkidə məktəb binası yandı

Şəkidə məktəb binasında baş verən yanğın söndürülüb.
Redaktor.az xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 1326 kv/m olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.
Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.