Evdən oğurluq edənlərin azadlıqda gəzir?

 12:06 20.06.2024     249

Daxili İşlər Nazirliyi Quba sakininin evindən oğurluq edən şəxslərin azadlıqda gəzməsi ilə bağlı iddialara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, məsələ ilə bağlı Quba RPŞ-də zəruri araşdırmalar aparılıb:

 

"Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq".

Vumart və Güvən reklamı Vumart Güvən