Gənc oğlanı elektrik cərəyanı vurdu

 15:15 20.06.2024     341

Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı gənci elektrik cərəyanı vurub.

Redaktor.az xəbər verir ki, Astara rayon sakini Salmanzadə Elmir Ramik oğlu həyətyanı sahədə işləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Baş Prokurorluq faktı təsdiqləyib, araşdırma aparıldığı bildirilib.