13 günlük körpənin üstünə qaynar su töküldü

Sumqayıtda 13 günlük körpə yanıq xəsarətləri alıb.
Redaktor.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Şəhər sakini, 2024-cü il təvəllüdlü (13 günlük) Xanməmmədli Zeynəb Yaşar qızı yaşadığı evdə ehtiyatsızlıq zəminində üzərinə qaynar su tökülməsi nəticəsində termik yanıq xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb.