Şamaxıda selin ortasında qalan 3 nəfər belə xilas edildi - VİDEO

 13:26 22.06.2024     240

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən avtomobildə olan 3 nəfərin təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış "NİVA” markalı minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.

Şamaxıda avtomobillə seldə qalan 3 nəfər belə xilas edildi (VİDEO)Şamaxıda avtomobillə seldə qalan 3 nəfər belə xilas edildi (VİDEO)Şamaxıda avtomobillə seldə qalan 3 nəfər belə xilas edildi (VİDEO)

Şamaxıda avtomobillə seldə qalan 3 nəfər belə xilas edildi (VİDEO)