Sel yolu iki yerə böldü, sakinlər şikayətləndilər - VİDEO

 18:35 22.06.2024     236

Son günlər yağan güclü leysanın ardınca gələn sel Şamaxıda bir sıra fəsadlara yol açıb.

Sel suları Məhəmməd Əmin Rəsulzadə küçəsinin asfalt örtüyünü dağıdıb, kanalizasiya sistemləri sıradan çıxıb, həyətyanı sahələri su basıb. Nəticədə sakinlərə ciddi ziyan dəyib.

Təbiət hadisəsi qarşısında aciz qalan sakinlər bildirirlər ki, şikayətlərinə baxan yoxdur:

"Sel suları ilə birlikdə kanalizasiya suları da hər yeri basır. Qoxudan küçədən keçə bilmirik. Hər yerə şikayət etmişik, maraqlanan yoxdur".

Daha ətraflı Baku TV-nin süjetində: