Toyda bəy və gəlin də zəhərlənibmiş

 09:12 23.06.2024     228

Dünən Ağstafada rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin içərisində bəy və gəlin də olub.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, ümumilikdə toyda iştirak edənlərdən 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.

Onların qidadan zəhərləndiyi bildirilir.