Binanın damında köməksiz qalan şəxs xilas edildi - VİDEO

 15:04 23.06.2024     251

Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində köməyə ehtiyacı olan vətəndaş xilas edilib.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Məmmədov Nizam Cəlil oğlu ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.