Polislərin qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilib. Bu zaman əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Redaktor.az xəbər verir ki, “Real TV” hadisə baş verən ərazidə olub.
Hadisə yerindən görüntüləri təqdim edirik: