Qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.
Şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Sənan Elşən oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Babayev Sədan Elşən oğluna bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.