21 yaşlı gənc Masallıda bədbəxt hadisə nəticəsində öldü

Cəlilabad rayon sakini Masallıda ölüb.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.