Bakıda küçədə atəş açıldı - Ölən var

 21:48 26.06.2024     254

Nərimanov rayonunda kişi cinsli bir nəfər küçədə güllələnib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a məlumat verilib.

Bildirilib ki, bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Belə ki, hadisəni törədən şəxs zərərçəkmişlə telefonda mübahisə edib. Mübahisədən bir müddət sonra onu güllələyib.