İsa Həbibbəylinin oğlunuin adı milyonluq korrupsiyada HALLANDIRILDI

 17:16 27.06.2024     346

Naxçıvanı sabiq maliyyə naziri ilə Gömrük Komitəsinin keçmiş şöbə rəisinin məhkəmə prosesi davam etdirilib.

Redaktor.az xəbər verir ki, iyunun 27-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi olub.

Faiq Heydərovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda şahidlərin ifadələri dinlənilib.
Şahidlər bildiriblər ki, gömrük postlarında rəsmi proqramla yanaşı, qeyri-rəsmi proqramlar da olub. Dövlət tərəfindən müəyyən edilən vəsait yığımı həddi təmin edildikdən sonra qalan pullar qeyri-rəsmi proqram vasitəsilə yığılıb.

Bu prosesin 2004-cü ildən bəri belə davam etdiyi bildirilib. Gömrük postlarında yığılan pulların miqdarı hər ay fərqli olub. İfadələrdə qeyd edilib ki, hətta terminallardakı tərəzilərdən istifadəyə görə də pullar yığılıb. Toplanan pulların məbləği hər ay 100 min manata yaxın olub. Yığılan pullar maliyyə işçiləri vasitəsilə Rafael Əliyev və Mənsur Əsgərova verilib.

Təqsirləndirilən şəxslər R.Əliyev və M.Əsgərov şahidlərin ifadələrini təsdiqləyərək deyiblər ki, pulları Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədrləri Asəf Məmmədova, daha sonra isə Səhhət Həbibbəyliyə çatdırıblar.

Zərərçəkmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə müraciətində zərərin tam ödənilməsinin təmin olunmasını xahiş edib.

Növbəti məhkəmə prosesi avqustun 12-i keçiriləcək (report).

Qeyd edək ki, Səhhət Həbibbəyli AMEA-nın prezidenti, millət vəkili İsa Həbibbəylinin oğludur .