Azərbaycana qanunsuz yolla tütün məmulatları keçirilməsinin qarşısı alındı
Xəzər dənizi vasitəsilə Azərbaycana qeyri-qanuni yolla tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, iyun ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200 min ABŞ dolları dəyərində ümumilikdə 28 min 836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.