Bakıda kafe yanır

Bakının Nərimanov rayonunda kafe yanır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu Atatürk prospektində kafedə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri əraziyə cəlb olunub.
Hazırda yanğın söndürmə işləri davam etdirilir.