Hacıqabulda 100-ə yaxın ev təbii fəlakətin qurbanı oldu

 23:09 28.06.2024     374

Hacıqabulda 100-ə yaxın evi su basıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, son günlər aramsız yağan yağılar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb.

Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.

Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalı Baloğlan kəndində 100-ə yaxın ev su içində qalıb. Eyni zamanda əkin sahələri su altındadır.

Sakinlərin sözlərinə görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib.

Hazırda təbii fəlakətin qarşısını almaq məqsədilə əraziyə FHN-nin və Rayon İcra Hakimiyyətinin müxtəlif təyinatlı texnikaları cəlb olunub.