Ağsu çayının sahilində kişi meyiti tapıldı

Ağsuda Ağsu çayının sahilində yerləşən fermadakı vaqonda kişi meyiti tapılıb.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində cəsədin 1957-ci il təvəllüdlü Mustafayev Fərhad Səməd oğluna məxsus olduğu müəyyən edilib.
Onun ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur. Cəsəd aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.