16 yaşlı qız asılı vəziyyətdə tapıldı

 13:53 29.06.2024     344

Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb.

Redaktor.az xəbər verir ki, gecə saatlarında Astara rayonunun Şüvi kənd sakini 16 yaşlı B.Qurbanovanın meyiti yaşadığı evin yarımtikilisində asılı vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, o, ailədə sakit təbiətli, heç kimlə işi olmayan biri olub. Dünən gecə də hər kəslə sağollaşıb yatmağa gedib.

Bir müddət sonra onun otağına girən ailə üzvləri B.Qurbanovanı asılmış vəziyyətdə tapıblar. Onun intihar etdiyi bildirilir.

Yeniyetmənin hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Qeyd edək ki, o, iki qardaşın bir bacısı olub.

Faktla bağlı araşdırma aparılır.