27 yaşlı oğlan itkin düşdü

 19:00 29.06.2024     237

Xaçmaz rayonu ərazisində yaşayan 27 yaşlı Müseyibov Elşad İmran oğlu 2024-cü il iyunun 4-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.