Mingəçevirdə toy yasa çevrildi

 21:41 29.06.2024     247

Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə şadlıq saraylarının birində qeydə alınıb.

Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.