Qubalıbaloğlanın seldən sonrakı GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, intensiv yağışlar səbəbindən Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlməsi nəticəsində bəzi fərdi yaşayış evlərini su basıb.
Redaktor.az xəbər verir ki, FHN-in mətbuat xidməti ərazidən son görüntüləri yayıb.
Qeyd olunub ki, hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Həmin görüntüləri təqdim edirik: