Qaxda ağır qəza baş verdi, üç nəfər öldü

 23:31 30.06.2024     260

Qaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alanlardan üçü Türkiyə vətandaşıdır.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz Türkiyə vətandaşlarıdır.

Qəza zamanı 6 nəfər xəsarət alıb.Onlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.

Yaralılardan bir nəfər 37 yaşlı cinsi qadın olan yaralının müayinə və müalicəsini davam etdirmək üçün bu gün Zaqatala RMX-a göndərilib.

Üçü Türkiyə vətandaşı olmaqla qalan beş yaralı isə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.