Sumqayıtda dava - 2 nəfər bıçaqlandı

Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.
Redaktor.az xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.
Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Elgün Vüsal oğlu, münaqişə zəminində, eyni təvəllüdlü İsmayılov Əli Faiq oğluna və 2007-ci il təvəllüdlü Manıyev Rasif Sabit oğluna bıçaqla xəsarətlər yetirib.
Fakt araşdırılır.