Minik avtomobili kombaynla toqquşdu

Şəmkirdə minik avtomobili kombaynla toqquşub.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Nəticədə minik avtomobilində olan, 1974-cü il təvəllüdlü A.İsmayılov xəsarət alıb. Zərərçəkən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)