Lənkəranda minik avtomobili velosipedçini vurdu
Lənkəran rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub.
A.Şahmarov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona belin küt travması, dəqiqləşdirilməmiş kəllə-beyin travması və başın ənsə nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar.
Yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reansimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin müalicəsi reansimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.