Bakıda ana dörd uşağını ataraq sevgilisi ilə qaçdı

 15:26 03.07.2024     277

Bakıda ana dörd uşağını parkda ataraq sevgilisinə qoşulub qaçıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə açıqlama verib.

Onun sözlərinə görə, uşaqlar polis əməkdaşları tərəfindən tapılıb.

Onlar bir gün tibbi müayinə məqsədi ilə Qarayev xəstəxanasına, daha sonra isə sığınacağına yerləşdirilib.“Uşaqların təxminən 14, 5 və 4 yaş var. Ən kiçiyi 5-6 aylıq olar. Böyük qız bildirib ki, anası sevgilisi ilə onları parkda qoyub və deyib ki, kirayə ev axtarmağa gedir. O gedən gedib… Polis əməkdaşları aşkarlayıb bölməyə aparıb”.

K.Ağazadə uşaqları tanıyan şəxslərə müraciət edib: “Tanıyan varsa Facebook səhifəmizdə şərhlərə qeyd edin. Böyük qız deyir ki, balaca olanda Mingəçevirdə yaşayıb. Anasının adı Günay, nənəsinin adı isə Nəcibədir. Böyük qızın adı Günəş atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar”.