Sumqayıtda dənizdə 45 yaşlı kişi batdı

Sumqayıtda dənizdə batan kişinin meyiti çıxarılıb.
Redaktor.az xəbər verir ki, hadisə qeyri-çimərlik ərazisində qeydə alınıb.
1979-cu il təvəllüdlü Nüsrət Yolçu oğlu Abdullayev dənizdə çimərkən boğulub.
Meyit dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır. (APA)