Şəkidə fərdi yaşayış evində yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhərinin Çələbixan qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 91 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxi, sanitar qovşağı 21 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.